“Xəzər Lənkəran” haqda geniş məlumatım yoxdur” - MÜSAHİBƏ
04.10.2013 - 09:27
Topaz Premyer Liqasının IX turu çərçivəsində bu gün “Xəzər Lənkəran”ı qəbul edəcək “Rəvan” klubunun isveçli hücumçusu Sebastyan Kastro-Telyonun apasport.az saytına müsahibəsi.
- “Xəzər Lənkəran”la qarşılaşmaya hazırsınızmı?
- Çox vacib oyundur. Bu matçla birinci dövrəyə yekun vuracağıq. Dövrəni qələbə ilə başa vurmaq istəyirik. Arxada qalan 8 turda istədiyimiz nəticələrə əldə edə bilməmişik. Ona görə də qarşıdakı 2 həftəlik fasiləyə qələbə ilə yollanmaq niyyətindəyik. “Xəzər Lənkəran”la matçda “Rəvan” ancaq 3 xal qazanmaq üçün mübarizə aparacaq.
- Rəqib haqda nəsə bilirsiniz?
- Etiraf edim ki, “Xəzər Lənkəran” haqda geniş məlumatım yoxdur. Ancaq turnir cədvəlinə diqqət yetirən zaman müəyyən təsəvvürlər yaratmaq olur. Həm də “Xəzər Lənkəran”ın bir neçə oyununu televiziya vasitəsilə izləmişəm. İstənilən halda, baş məşqçi bizə lazım olan məlumatları verəcək.
- İndiyədək bu komandalar 6 matçda üz-üzə gəlib və cəmi bir dəfə məğlub olmusunuz. Son 2 görüşdə isə qələbə qazanmısınız. Bu seriyanı davam etdirmək mümkün olacaq?
- Nə deyim, hər şey meydandakı mübarizədən asılı olacaq. Təbii ki, qələbə seriyasını davam etdirmək istəyirik. “Xəzər Lənkəran”la oyunlarda uğurlu seriyamızın olduğunu, onlara 6 matçdan yalnız birində yenildiyimizi bilirik. Qələbə seriyasını ənənəyə çevirmək istəyirik. Bu tək “Xəzər Lənkəran”la oyuna yox, çempionatın bütün qarşılaşmalarına aiddir.
- “Rəvan” ən çox qol buraxan komandadır. Bu, müdafiə xəttinizin zəif olmasından xəbər verir?
- Bununla bağlı mənim fikir bildirməyim düzgün olmazdı. Çünki məşqçilər komandanın nəticələrini yaxından izləyirlər və lazımi tədbirlər görəcəklər.
- Komandamız cəmi 3 qol vurub ki, onlardan da ikisinin müəllifi sizsiniz. Bu gün “Rəvan”ın qol ümidi olduğunuzu düşünmək olarmı?
- Vacib olan komandanın uğur qazanmasıdır. Qolu kimin vurmasının elə də fərqi yoxdur. Meydanda işimi görməyə çalışıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram ki, komandam uğur qazansın. Qol vururamsa, bu məni sevindirir. Yenə deyirəm, vacib olan komandanın uğur qazanmasıdır.
- “Rəvan”ın istədiyi nəticələri qazana bilməməyini nə ilə izah edə bilərsiniz?
- Komandada yeni futbolçular çoxdur və anlaşmanın lazımı səviyyə çatması üçün müəyyən zamana ehtiyac var. Bu da məğlubiyyətlərə səbəb oldu. Tədricən futbolçular arasında anlaşma yaxşılaşır və bu da nəticələrimizi müsbət təsir edir.
- Komandaya dəvət edildiyiniz vaxt baş məşqçi Ramil Əliyev idi. Hazırda isə bu postda Vladislav Qədirov çalışır. Bu məşqçilərin tələbi arasında fərq çoxdur?
- Hər bir məşqçinin öz ideyası var. Peşəkar futbolçu kimi baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməliyəm. Əlbəttə, onların futbola baxışı fərqlidir. Ona görə də ilk vaxtlar müəyyən çətinliklər yaşadım. Artıq Vladislav Qədirovun məşqlərinə alışmışam və məndən nə tələb etdiyini yaxşı bilirəm.

0
0