Azərbaycan üçün 200-cü qolu Fabiano vurdu
04.10.2013 - 10:44
“Araz”ın italiyalı oyunçusu Fabiano Azərbaycan futzalı tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, legioner klublarımızın UEFA kubokunda 200-cü qolunun müəllifi olub.
Fabiano yarışın əsas mərhələsinin II turunun “Şatelino” ilə qarşılaşmasında belçikalıların qapısına 2-ci qolu vurmaqla buna nail olub. 3:1 hesabı ilə başa çatan görüşdən sonra qollarımızın sayı 201-ə çatıb.
Nəticəsi ləğv olunan matç və texniki hesablar nəzərə alınmaqla vurulan bu qolların 168-i “Araz”, 20-si “Turan AİR”, 13-ü “AMMK-Azercell”in hesabındadır. Təmsilçilərimiz 201 qolu 2001-ci ildə debüt etdikləri yarışdakı 54 matçda vurub.

0
0