AFFA yeni yarışa sponsor tapdı
04.10.2013 - 10:57
AFFA yeni yarışa sponsor tapdı
Bu gün AFFA ilə “Atena” Süd Məhsulları Şirkəti arasında əməkdaşlıq haqda müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, anlaşmaya əsasən süd məhsulları istehsalçısı U-12 Liqasının sponsoru olacaq. Rəsmi imzalama mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.

İlk dəfə keçiriləcək yarışın adı sponsorun adı ilə bağlı olacaq. Belə ki, 2013/14 mövsümündən startı veriləcək turnir “Atena U-12 Liqası” adlanacaq.

Qeyd edək ki, U-12 Liqasının yaradılmasına bu il avqustun 14-də keçirilən AFFA-nın
İcraiyyə Komitəsinin iclası qərar vermişdi.