Böyükağa Hacıyev, statistikaya bax!
04.10.2013 - 11:26
Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II turunun oyunu Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Belçikan təmsilçisi “Şatelino” üzərində 3:1 hesablı qələbənin qazanıldığı oyun komandamızın braziliyalı mütəxəssisin rəhbərliyi altında avrokuboklarda keçirdiyi 25-ci matç kimi tarixə düşüb.
Yubiley oyunundakı qələbə Alesionun baş məşqçiliyi ilə 13-cü uğurdur. 5 heç-heçə və 7 məğlubiyyəti olan komanda 91 qol vurub, 62-ni buraxıb.
2009/10 mövsümündən “Araz”ın baş məşqçisi təyin olunan, bu postda Böyükağa Hacıyevi əvəzləyən cənubi amerikalı 25-ə çatmaqla sələflərindən heç birinin bacarmadığını gerçəkləşdirib. Belə ki, heç bir məşqçi Azərbaycan klublarını bu qədər qarşılaşmaya çıxarmayıb.
Qeyd edək ki, ardıcıl 5 mövsümdür “Araz”a rəhbərlik edən Alesionun yetirmələri daim elit raunda yüksəlib. Bunların birində isə “Dördlər finalı”na çıxmaqla 3-cü olub.

0
0