Elxan Məmmədov: Əməkdaşlıqdan qürur duyuruq
04.10.2013 - 11:32
“Atena” şirkəti ilə əməkdaşlıqdan qürur duyuruq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Bu gün AFFA ilə “Atena” şirkəti arasında əməkdaşlıq haqda müqavilə imzalanıb. Anlaşmaya əsasən, süd məhsulları istehsalçısı U-12 Liqasının sponsoru olacaq.
Rəsmi imzalama mərasimində iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov təəssüratlarını bölüşüb: “Hələlik müqavilənin müddəti bir mövsüm üçün nəzərdə tutulub. Lakin əməkdaşlığımızı gələcəkdə də davam etdirə bilərik. Bildiyiniz kimi, U-12 Liqası yeni yaradılıb. Yəni hər şey çempionatın perspektivindən asılıdır”.
Məmmədov U-17 Liqasına sponsorluq etmək üçün “Azərcell” şirkəti ilə danışıq apardıqlarını bildirib. “U-17 Liqası üçün “Azərcell”lə sponsorluq anlaşmamızın müddəti bu ilin oktyabrında başa çatıb. Lakin hazırda əməkdaşlığı davam etdirməyi düşünür, bu yöndə qarşı tərəflə danışıq aparılır”.

0
0