Rusiya millisi Bakıya 25 futbolçu ilə gəlir
04.10.2013 - 14:10
Rusiya millisi Bakıya 25 futbolçu ilə gəlir
Rusiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına çağırılan yekun heyəti müəyyənləşdirib.

İlkin heyətə 37 futbolçu daxil edən mütəxəssis onların 12-dən imtina edib.

Oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycan yığmasının qonağı olacaq şimallılar səfərə qapıçı Vladimir Qabulov, müdafiəçilər Aleksandr Anyukov, Vitali Dyakov, Sergey Parşivlyuk, Kirill Nababkin, yarımmüdafiəçilər Artur Yusifov, Alan Dzaqoyev, Pavel Yakovlev, Dmitri Tarasov, hücumçulardan Artyom Dzyuba, Aleksey İonov, Denis Çerışev olmadan yollanacaq.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıqin (“Zenit”), Sergey Rıjikov (“Rubin”);

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Georgi Şennikov (hamısı MOİK), Vladimir Qranat (“Dinamo” M), Aleksey Kozlov (“Kuban”), Dmitri Kombarov, Yevgeni Makeyev (hər ikisi “Spartak” M), İqor Smolnikov (“Zenit”);

Yarımmüdafiəçilər: İqor Denisov, (“Dinamo” M), Denis Qluşakov (“Spartak” M), Pavel Mamayev (“Krasnodar”), Aleksandr Ryazantsev (“Rubin”), Viktor Fyazulin, Oleq Şatov, Roman Şirokov (hər üçü “Zenit”);

Hücumçular: Vladimir Bıstrov, Aleksandr Kerjakov (hər ikisi “Zenit”), Aleksandr Səmədov (“Lokomotiv” M), Yuri Jirkov, Aleksandr Kokorin, Fyodor Smolov (hər ikisi “Dinamo” M).

Qeyd edək ki, millimiz Rusiya ilə oktyabrın 15-də qarşılaşacaq. “Bakcell Arena”dakı oyun Bakıda saat 22:00-da başlayacaq.