Mahir Şükürovu hamı söyür
04.10.2013 - 16:23
Hazırda davam edən “Qəbələ” – “Neftçi” matçında xoşagəlməz olay yaşanmaqdadır. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən görüşdə meydan sahiblərinin azarkeşləri baş hakim Rauf Cabbarovla rəqib komandanın futbolçusu Mahir Şükürovun ünvanına ağır söyüşlər işlətməkdədirlər.
Fanatlar referini “Qəbələ”nin qapısına penalti təyin etdiyi üçün təhqir etdikləri halda, Şükürov əyalət təmsilçinin sabiq futbolçusu olduğuna görə söyülür. Daha doğrusu, Mahir Qəbələni narazılıqla tərk etməyin əziyyətini çəkir.
Qeyd edək ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” - “Neftçi” matçında da cənublu azarkeşlər Mahir Şükürovu söyüşə “qonaq etmişdilər”. Onlar vaxtı ilə Lənkəran təmsilçisinin formasını geyinən millimizin üzvünü ölkə kubokunun finalında yaşanan qalmaqal zamanı “ağ-yaşıllar”ın futbolçusu Kamran Abdullazadəni vurmasını unutmadıqlarını bu şəkildə büruzə vermişdilər.

0
0