“Rusiya yığması Azərbaycanla oyunda hücuma üstünlük verəcək”
04.10.2013 - 16:31
“Rusiya yığması Azərbaycanla oyunda hücuma üstünlük verəcək”
Moskva “Spartak”ının sabiq sahibi Andrey Çerviçenko Rusiya milli komandasının DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına çağırılan heyəti şərh edib. Apasport.az saytının məlumatına görə, tanınmış biznesmen təcrübəli Aleksandr Anyukovun oktyabrdakı matçlara çağırılmamağını rəqiblərin gücü ilə əlaqələndirib.

Çerviçenko daha gənc İqor Smolnikovun dəvət olunmasının gözlənilən və düzgün addım olduğunu bildirib. Bu da oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla səfərdə baş tutacaq qarşılaşmalarda hücum futboluna üstünlük verilməsi ilə izah edib: “Burada oyunçunun yaş amilinin rolu var. İllərlə futbolçu cavanlaşmır. Məncə Anyukovun çağırılmaması, Smolnikovun dəvət edilməsinin kökündə də bu səbəb dayanır. Düşünürəm ki, qarşıdakı oyunlarda hücuma üstünlük veriləcək. Buna görə də Smolnikovun sürət keyfiyyətləri bu vəziyyətdə çox lazım olacaq, nəinki Anyukovun müdafiə olunmaq bacarığı. Çətinliklə təsəvvürünə gətirirəm ki, yığmamız Lüksemburq və Azərbaycanla matçlarda hücum etməyəcək. Bu isə o deməkdir ki, əks hücum təhlükəsi ilə üzləşmək riski var. Smolnikovun sürəti isə rəqibin qaçmaması üçün lazımdır. Anyukov isə təcrübədə üstündür. Bu amil müdafiədən oynayanda lazım olur”.