Millimiz ilk turda istirahət edəcək
04.10.2013 - 17:01
Azərbaycan millisinin Belçikada keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 28-də start götürəcək yarışda yığmamız ilk oyununu ayın 31-də Sloveniyaya qarşı keçirəcək.
Fevralın 2-də isə Joze Alesionun yetirmələri qrupun favoriti İtaliya ilə üz-üzə gələcəklər. C qrupunda millimizin istirahət edəcəyi ilk turda isə İtaliya ilə Sloveniya qarşılaşacaq. Rəqiblərimiz yanvarın 29-da baş tutacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları “Lotto Arena”da baş tutacaq. Yığmamız 1/4 finala adlamaq üçün ilk 2 yerdən birini tutmalıdır.

0
0