“Sözlərim düzgün başa düşülməmişdi” - MÜSAHİBƏ
04.10.2013 - 23:01
AFFA-nın texniki direktoru və 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Bernhard Lippertin apasport.az saytına müsahibəsi
- Qarşıdan U-21-in Norveç və Portuqaliya ilə oyunları gəlir. Həmin matçlar öncəsi fikirlərinizi bildirərdiniz.
- Bu oyunlara hazırlıq çox qısa müddətlik olacaq. Sözsüz ki, Araz Abdullayev və Qara Qarayevin yoxluğu bizim üçün müəyyən qədər itki sayılır. Hər halda, son məğlubiyyətdən sonra çalışacağıq ki, bu 2 futbolçunun yoxluğunda belə, komandanı dirçəldək və oyunlara yaxşı köklənə bilək.
- Sizin çox maraqlı hazırlıq qrafikiniz var. Əvvəlcə Bakıda toplaşacaq, sonra Frankfurtda 2 günlük hazırlıq keçəcək, daha sonra isə Osloda məşqlərinizi davam etdirəcəksiniz. Olmazdı ki, 2 günlük Almaniya hazırlığındansa, məşqlərinizin hamısını Norveçdə keçəydiniz?
- Bizim öncə fikrimiz başqa cür idi. Fikirləşirdik ki, çempionat oyunları oktyabrın 3-ü olarsa, 4-də Frankfurta gedərik. Orda 4-5 günlük hazırlıq keçdikdən sonra Osloya getmək istəyirdik. Biz niyə görə Frankfurta getmək istəyirik? Çünki Norveçə uzun yolçuluqla 2 günlük hazırlığı itirmiş, uşaqları isə yormuş oluruq. Üstəlik, Norveçə Frankfurt reysi ilə getmək daha asan idi. Ancaq bu şəhərə hər gün uçuşlar yoxdur. Olsaydı, bu gün axşam getməyi düşünürdük. Bütün hazırlıqları Osloya salmamağımızın digər səbəbi də norveçlilərin gözü önündə məşq etməyi istəməməyimiz idi.
- Oyun Drammen şəhərində keçirilməli olsa da, hazırlıqları Osloda keçirəcəksiniz. Adətən qonaq komanda yerli mühitə uyğunlaşmaq üçün oyunun keçiriləcəyi stadiondan yararlanır...
- Biz Drammendə oynasaq da, Osloda qalacağıq. Norveç Futbol Federasiyası bizim üçün daha yaxşı süni örtüklü meydançanın və daha sərfəli otelin bu şəhərdə olduğunu bildirdi. Oslodan Drammenə yol yarım saatlıqdır.
- İsrailə 2:7 hesablı yenilgidən sonra futbolçuları növbəti oyunlara kökləmək üçün hansı işləri görəcəksiniz?
- Əslində, planımızda vardı ki, həmin oyunun iştirakçıları olan futbolçuları cəzalandıraq və onları toplanışlara cəlb etməyək. Ancaq Berti Foqts və AFFA rəhbərliyi ilə söhbət etdikdən sonra belə qərara gəldik ki, həmin yenilginin “memarlar”ı özləri səhvlərini dərk etsin və hansı məsuliyyətin altına girdiklərini başa düşsünlər. Hamı Norveçin necə komanda olduğunu yaxşı bilir. Ona görə də bu komanda ilə oyunda çalışacağıq ki, müdafiəni gücləndirib xalla Bakıya qayıdaq ki, həmin məğlubiyyəti unutduraq.
- Yeri gəlmişkən, AFFA-nın baş katibi Elxan Məmmədov həmin oyundan sonra İsraildəki jurnalistlərə bildirmişdi ki, futbolçuların qonorarları kəsiləcək. Bu cəza tətbiq olundumu?
- Həqiqətən də onlara pul verilmədi və hesab edirəm ki, düzgün qərar idi. Bizim də istəyimiz odur ki, gələcəkdə qərar verək ki, kimlər səyahət pulu almağa layiqdir, ya yox. Görmək istəyirik ki, uşaqlar öz ölkələri üçün futbol oynamaq istəyindədir. İstəyirik ki, oyunçu özünü həm meydançada, həm də ondan kənarda şərəfinə uyğun göstərsin. Ancaq işin pis tərəfi ondadır ki, futbolçuların əksəriyyəti o qonorara ehtiyac duymur.
- Deməli, onda həmin futbolçuları başqa cür cəzalandırmaq lazımdır...
- Mənim onları başqa cür cəzalandırmaq fikrim də vardı. Ancaq bunu ictimaiyyətə açıqlamaq istəmirəm. Yeri gəlmişkən, İsraillə oyundan sonra mənim sözlərim düzgün başa düşülməmişdi. Elə anlaşılmışdı ki, guya mən demişəm ki, əqli cəhətdən o qədər zəifdirlər ki, futbolçuların başına heç nə girmir. Ancaq belə demək istəmişdim: “İsraillə oyun kimi hazırlıq hələ keçməmişdik. Təəssüf ki, meydançaya çıxandan sonra oyunçulara əlin girmir ki, onlara mənəvi-psixoloji cəhətdən kömək edim”. Öz oyunçularım haqda heç vaxt elə düşünməmişəm. Onlar buna layiq deyil. Məni tanıyan futbolçular da bilir ki, elə şey demək istəməmişəm.
- Norveçdə minimum vəzifə 1 xal olacaq?
- Əslində, məşqçi kimi həmişə deməlisən ki, məqsədimiz qələbə qazanmaqdır. Ancaq reallıqda qələbə, heç-heçə və yenilgi də var. Bu oyuna biz aşkar şəkildə autsayder kimi gedirik. Bütün bunlara rəğmən istəyirik ki, futbol ictimaiyyətinə müəyyən bir sürpriz yaşadaq. Hamımız bilirik ki, bunu bacarmaq necə çətindir. Amma şəxsən mən öz adıma deyə bilərəm ki, ordan böyük sürprizlə qayıtmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm.
Səbuhi TOFİQOĞLU

0
0