Tərlan Əhmədov: “Qəbələ” bu baxımdan Avropa klubunu xatırladır
04.10.2013 - 17:56
“Hər iki komanda gözəl oyun göstərdi, meydanda sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Paytaxt klubu bu gün Topaz Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Qəbələ”ni məğlub etdi – 2:1. Gənc çalışdırıcı görüş barədə bunları deyib: “Əsas məqsədimiz qələbə qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. “Qəbələ” bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin idi. Qələbə qazandığımız üçün şadam”.

0
0