AFFA “Simurq”un futbolçusunu əfv etmədi
04.10.2013 - 17:59
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “Simurq” və “Neftçala”lanın müraciətlərinə baxılıb. Aparılmış müzakirələrdən sonra Zaqatala klubunun futbolçusu Draqan Çeran və Neftçala təmsilçisinin üzvü Tanrıverdi Məhərrəmli barəsində 24.09.2013-cü il tarixli qərarlar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Draqan Çeran Topaz Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Qarabağ” - “Simurq” qarşılaşmanın 90+3-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa birbaşa qırmızı vərəqə alıb. Bu hərəkəti serbiyalıya 4 oyunluq cəza, klubuna 4000 manat cəriməyə başa gəlib.

0
0