“Buna görə də yekunda “Neftçi” qalib gəldi”
04.10.2013 - 18:03
“Buna görə də yekunda “Neftçi” qalib gəldi”
Topaz Premyer Liqasının lideri “Qəbələ” I dövrəni məğlubiyyətlə başa vurub. Apasport.az saytının məlumatına görə, əyalət klubu bu gün IX turun oyununda “Neftçi”yə uduzaraq (1:2) zirvəni əldən verib.

Komandanın baş məşqçisi Yuri Syomin oyundan sonra təşkil olunan mətbuat konfransında məğlubiyyətin səbəbini açıqlayıb: “Oyuna yaxşı başladıq, ilk 20 dəqiqədə üstün oynadıq. Sonra isə “Neftçi” oyunda dönüş etdi. Rəqib topa daha çox nəzarət etdi, bəzən bizi topsuz qoydu. Bir sıra ötürmələrdə əsassız səhvlər etdik. Buna görə də yekunda “Neftçi” qalib gəldi”.