IV tur sülhlə başladı
04.10.2013 - 18:30
IV tur sülhlə başladı
Futbol üzrə Azərbaycan I Divizionunda IV tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

MOİK doğma meydanda”Energetik”i qəbul edib. 90 dəqiqə ərzində fərqlənə bilməyən tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıb – 0:0.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

Mənbə: pfl.az