Məmmədovun bəhanəsi: Muxtaroğlu olsaydı
04.10.2013 - 20:20
Məmmədovun bəhanəsi: Muxtaroğlu olsaydı
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının IX turunda “İnter”ə uduzduqları oyunu şərh edib. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları deyib: “Rəqibi qələbə münasibətilə təbrik edirəm. “İnter”də qələbə istəyi bizdən daha çox idi, ona görə də qalib gəldilər. Müdafiədə də səhvlərimiz oldu. Aqşin Muxtaroğlunun zədəsi olduğu üçün əsas heyətdən kənarda qalmışdı, bu həftə komanda ilə məşqlərə başlayıb. Elşən Adbullayev isə bir neçə oyunda əsas heyətdə meydana çıxdı, yorğun olduğu üçün ehtiyatdadır”.

pfl.az