Vladislav Qədirov: Heç-heçəyə görə məyusam
04.10.2013 - 20:23
Vladislav Qədirov: Heç-heçəyə görə məyusam
“Oyun gərgin idman mübarizəsində keçdi. “Xəzər Lənkəran”ın güclü hücum xətti var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.

Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasının IX turu çərçivəsində “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçəni şərh edib.

Qədirov apardıqları mübarizəyə görə, futbolçularına təşəkkür edib: “Futbolçular verdiyim tapşırıqları yerinə yetirdilər. Komandama oyuna görə təşəkkür edirəm. Xüsusən də, İvan Pexa zədələnməsinə baxmayaraq, sona kimi meydanda mübarizə apardı. Rəqib komandanın da qol imkanları oldu. Çempionatda zəif komanda yoxdur. Heç-heçəyə görə məyusam”.