Kaxaber Sxadadze: Şok vəziyyətindən çıxdığımızı düşünürəm
04.10.2013 - 20:34
“Bakı” və “Xəzər Lənkəran”a qarşı keçirdiyimiz uğurlu oyunlardan sonra bu görüşdə də qalib gəlməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Sumqayıt” üzərindəki 0:2 hesablı qələbəni şərh edib. Sxadadze meydançanın bərbad vəziyyətdə olmasından şikayətlənib: “Bu cür stadionda oynamaq olmaz. Meydança bərbad vəziyyətdə idi. Buna baxmayaraq, oyunumuzu yaxşı qurduq. Əsas odur ki, qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Mövsümün əvvəlindəki şok vəziyyətindən çıxdığımızı düşünürəm”.

0
0