Georgi Çixradze: Güclü külək hər iki komandanın oyuna təsir edirdi
04.10.2013 - 21:34
“Oyun dinamik keçdi, 90 dəqiqə ərzində meydanda mübarizə əzmi var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze səfərdə AZAL-la 1:1 hesablı heç-heçədən sonra deyib.
Gürcüstanlı çalışdırıcı bu oyun üçün bərabərliyi ədalətli nəticə hesab etdiyini bildirib: “AZAL fiziki hazırlığı yüksək olan komandadır. İlk hissədə qol buraxdıq, fasilədə müəyyən taktiki gedişlərlə oyunun axarını dəyişə bildik, hesabı bərabərləşdirdik. Oyunun son dəqiqələri də gərgin keçdi. Güclü külək hər iki komandanın oyuna təsir edirdi, xüsusən də hava mübarizələrində. Hər iki komanda sona kimi mübarizə apardı. Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab edirəm”.

0
0