Vaqif Sadıqov: Komandaya tapşırmışdım ki...
04.10.2013 - 21:42
“Qələbəyə layiq oynadıq, heyf ki, qalib gələ bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Sadıqov Topaz Premyer Liqasının IX turu çərçivəsində “Simurq”la 1:1 hesablı heç-heçəni belə şərh edib: “90 dəqiqə sürətli oyun göstəririksə, qol epizodları yaradırıqsa, bunun bəhrəsini görəcəyik. Komandaya tapşırmışdım ki, ikinci hissənin ilk 15 dəqiqəsində diqqətli oynasınlar. Müdafiəyə çəkildik, “Simurq” 5-6 dəqiqə oyuna nəzarət etdi və 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirdi. Hesabda öndə olanda ilk növbədə nəticəni qorumağa çalışırdıq. Hesab bərabərləşdikdən sonra meydanda tam başqa AZAL gördük. Mənim istədiyim kimi aqressiv futbol oynayan AZAL. İkinci hissədə 6 real qol epizodumuz oldu. Bugünkü oyunda əsas heyətin iki futbolçusunu itirdik. 4 oyundur ki, qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edir”.

0
0