Qurban Qurbanov böyükhesablı qələbədən danışdı
04.10.2013 - 21:54
Qurban Qurbanov böyükhesablı qələbədən danışdı
Topaz Premyer Liqasının IX turu çərçivəsində “Qarabağ” evdə “Bakı”nı 3:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, qalib komandanın baş məşqçisi Qurban Qurbanov böyükhesablı qələbəni şərh edib.

Təcrübəli çalışdırıcı rəqib qapısına düşünülmüş hücumlar təşkil etdiklərini deyib: “Bizim üçün nəticə qazanmaq əsas idi. Rəqibi topsuz qoyduq. Bir-birindən baxımlı 3 qol vurduq, düşünülmüş hücumlar təşkil etdik. “Bakı” sürətli futbola üstünlük verir. Rəqib ikinci hissədə daha yaxşı oynadı, qol epizodları yaratdılar”.