Milinko Pantiç: İlk hissəni rəqibə “hədiyyə” etdik
04.10.2013 - 22:01
“Rəqibi təbrik edirəm, komanda oturuşmuş heyətə malikdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
Təcrübəli mütəxəssis müdafiədəki səhvlərdən şikayətlənib: “Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir”.

0
0