Ruslan Abışov: Mənim üçün əsas olan oynamaqdır - MÜSAHİBƏ
05.10.2013 - 03:57
Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” Avropa Liqasının qrup mərhələsinin II turun çərçivəsində Belçika təmsilçisi “Zulte Varegem”ı 4:0 hesabı ilə məğlub edib. Apasport.az-ın məlumatına görə, həmin oyunda start heyətdə meydana çıxan Abışov klub saytına müsahibə verib.
- Şükür, komandamız bizim üçün çox vacib olan qələbəni qazandı. Gözəl qollar vura bildik. Amma, tezliklə bu matçı unudub “Anji” ilə oyuna hazırlaşmalıyıq. Bu heç də sıradan oyun deyil. Əgər biz qalib gəlsək, turnir cədvəlində üst pilləyə yüksələcəyik. Biz hazırda turnir cədvəlində geridəyik və bu ədalətli nəticə deyil.
- Həmin oyunda sol cinah müdafiəçisi kimi oynadınız. Bu mövqedəki çıxışınız barədə nə deyə bilərsiniz?
- Bəli, bu mənim öyrəşmədiyim mövqe idi. Bütün karyeram ərzində bəlkə də 3, ya 4 dəfə sol cinah müdafiəçisi kimi oynamışam. Mən hücumameylli yarımmüdafiəçi, ya da mərkəz müdafiəçisi kimi oynamışam. Amma, bu matçda belə bir göstəriş oldu. Çox şadam ki, komandaya kömək edə bildim. Mənim üçün əsas olan oynamaqdır.
- Oyundan sonra baş məşqçiniz Qurban Berdiyev sizə nə dedi?
- O hamıya təşəkkür etdi və “Anji” ilə oyunu fikirləşməyi tapşırdı.
- Hələ ki, ancaq Avroliqa oyununda əsas heyətdə çıxış etmisiz. Ümid var ki Rusiya çempionatında da stabil olaraq əsas heyətdə meydana çıxa biləsiniz?
- Əlbəttə, Rusiya çempionatında da oynamaq istəyirəm. Amma, bu futboldur. Mən şans gözləyirəm. Əgər baş məşqçimiz tapşırsa, 90 dəqiqə oynamağa hazıram.
- Bəs, heyətdə daimi çıxış etməyə-etməyə fiziki hazırlığın necə stabil saxlaya bilirsiz?
- Bəli, oyun təcrübəsi olmayanda müəyyən çətinliklər olur. Lakin bizim fiziki hazırlıq üzrə çox yaxşı məşqçimiz var və biz davamlı məşq edirik. Amma mən təəssüflənmirəm. Sadəcə şans gözləyirəm. Əgər mənə şans verilsə, məmnuniyyətlə maksimum dərəcədə hər şeyimi ortaya qoyacam.

0
0