Dunqa qovuldu
05.10.2013 - 06:58
Dunqa qovuldu
Braziliya milli komandasının sabiq futbolçusu və baş məşqçisi Karlos Dunqa vəzifəsindən kənarlaşdırılıb. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkəsinin “İnternasyonal” komandasını çalışdıran Dunqa əldə etdiyi uğursuz nəticələrə görə klubdan göndərilib.

Belə ki, cari mövsüm baş məşqçi postuna təyin olunan 49 yaşlı mütəxəssis 25 turda ancaq 35 xal toplaya bilib. Bu göstəricinin arzuolunan olmadığını deyən rəhbərlik onu dərhal qovub.

Qeyd edək ki, 2006 – 2010-cu illər ərzində Braziliya millisini çalışdıran Dunqa 2012-ci ildən bəri də “İnternasyonal”da idi.