Marius Pena vaxtını gözləyir
05.10.2013 - 09:00
Marius Pena vaxtını gözləyir
“Bakı”nın rumıniyalı futbolçusu Marius Penanın heyətə düşməməyinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, bunu paytaxtın eyniadlı təmsilçisinin baş məşqçisi Milinko Pantiç açıqlayıb.

Topaz Premyer Liqasının IX turunun “Qarabağ”la oyununda 0:3 hesablı darmadağına üzülən serbiyalı mütəxəssis Penanın yoxluğuna şərh verib: “Pena Bojidar Bandoviçin vaxtında əsas heyət üzvü olub. Mənim rəhbərliyim altında isə hələ ki, çalışır. Zamanı gələndə şans verəcəm”.

Qeyd edək ki, cari mövsüm 5 oyun keçirən Pena ardıcıl 3 turdur meydana çıxmır.