Rui Jorjenin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
05.10.2013 - 10:54
21 yaşadək futbolçulara arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının qarşıdakı oyunlara hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da İsrail, 5 gün sonra iə millimizlə görüşəcək pireneylilər hazırlıqlara ayın 7-də start verəcək.
Rəqibimiz gələn həftənin ilk günündə Riu-Majorda bir araya gələrək toplanışa start verəcək. Komanda oktyabrın 10-dək məşqlərini burada davam etdirəcək. Baş məşqçi Rui Jorje İsraillə qarşılaşmadan sonra yetirmələrinə istirahət verməyəcək. Belə ki, oyunun ertəsi məşqə çıxacaq futbolçular mətbuat üçün açıq olan hazırlıqda iştirak edəcək.
Oktyabrın 12-də Lissabona, oradan Almaniyanın Frankfurt şəhərinə üz tutacaq portuqaliyalılar Azərbaycana uçacaq. Qonaqlar ayın 13-də və 14-də ölkəmizdə məşq keçəcək. Çərşənbə axşamı saat 16:30-da Rui Jorke mətbuat konfransı keçirəcək. Tədbirin dəqiq yeri açıqlanmasa da, onun matçın baş tutacağı “Bayıl Arena”da təşkil ediləcəyi gözlənilir.
Rəqibimiz ayın 15-də saat 16:00-da başlayacaq görüşdən dərhal sonra vətənə qayıtmayacaq. Pireneylilər ertəsi səhər reysi ilə Frankfurta, oradan da Lissabona dönəcək.

0
0