Roberto Meniçelli: Bu amil Azərbaycan yığmasının gücünü göstərir
05.10.2013 - 11:35
Roberto Meniçelli: Bu amil Azərbaycan yığmasının gücünü göstərir
“Avropa çempionatında zəif yığma yoxdur. Hər komandanın özünə görə səviyyəsi var”. Apasport.az saytının məlumatına görə. Bu sözləri futzal üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Meniçelli deyib.

Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan apeninlilərin çalışdırıcısı püşkatmaya münasibət bildirib: “Elə komandalar bizə rəqib oldu ki, onların hər ikisi öz qrupunun qalibi olub. Azərbaycan da. Sloveniya da pley-offsuz Avropa çempionatına vəsiqə qazanıb. Bu da onların gücünü ifadə edir. Biz də bu amili nəzər almalıyıq. Düşünürəm ki. çox çətin qrupa düşdük. Bu da diqqətdən yayınmamalıdır”.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi gələn il yanvarın 28-dən fevralın 8-dək keçiriləcək.