Bir gündə 4 oyun
05.10.2013 - 12:08
Yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən ənənəvi Valentin Qranatkimn xatirəsinə həsr olunan turnirin formatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, son illər Azərbaycan yığmasının da daimi iştirakçısına çevrildiyi yarışda 16 komanda iştirak edəcək.
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq yarış iştirakçıları hər birində 4 komanda olmaqla 4 qrupa bölünəcək. Şəhərin İdman Konsert Kompleksində baş tutacaq qrup mərhələsinin matçları yanvarın 3-dən 8-dək davam edəcək.
Bundan sonra qrup qalibləri 1-4, ikincilər 5-8, üçüncülər 9-12, sonuncular isə 13-16-cı yerlər uğrunda yarımfinal və final matçlarına çıxacaq. Turnirin əsasnaməsinə görə gündə 4 matç baş tutacaq həmin görüşlər Bakı vaxtı ilə 13:00, 15:15, 17:30 və 20:00-da başlayacaq.
Qeyd edək ki, turnir gələn il yanvarın 3-dən 12-dək keçiriləcək.

0
0