Millimiz 1 pillə gerilədi
05.10.2013 - 12:57
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1362 xalla dünyanın 13-cü komandasıdır. Son reytinqdə 12-ci olan millimiz Xorvatiyanı irəli buraxıb.
Gələn il keçiriləcək Avropa çempionatının final mərhələsindəki rəqiblərimizdən olan İtaliya planetin 3-cü komandası adını qoruyub – 1782 xal. 1321 xala malik Sloveniya isə 1 addım irəliləyərək 17-ci pilləyə yüksəlib.
Siyahıya isə Braziliya (1982) və İspaniya (1975) milliləri başçılıq edir.

0
0