“Bu oyunlar yığmamızdakı inkişafı göstərəcək”
05.10.2013 - 14:46
“Avropa çempionatının final mərhələsində İtaliya və Azərbaycanla birlikdə yer aldığımız qrupdan çıxmağımız mümkündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniya Futzal Federasiyasının rəsmisi Dran Kokolj deyib.
Avro-2014-ün final mərhələsinin püşkatmasına əsasən İtaliya və Azərbaycana rəqib olan Balkan təmsilçisinin nümayəndəsi 1/4 final iddiasını açıqlayıb: “Biz çox maraqlı bir qrupa düşmüşük. Burada İtaliya favoritdir. Əvəzində İspaniya və Portuqaliya yığmaları ilə qrupda görüşlərdən qaça bildik. Azərbaycan və İtaliya ilə qarşılaşmalar bizim yığmada olan inkişafı göstərəcək”.
Qeyd edək ki, Belçikada keçiriləcək Avro-2014 gələn il yanvarın 28-də start götürəcək.

0
0