“Oyunun Bakıda keçirilməsi vəziyyəti tam dəyişır”
05.10.2013 - 15:41
“Qarşıdakı 2 oyun bizim üçün çox vacibdir Bu üzdən İsrail və Azərbaycanla matçlarda xal itirməməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu szöləri 21 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandasının baş məşqçisi Rui Jorje deyib.
Avro-2015-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan pireneylilərin çalışdırıcısı oktyabrın 15-də “Bayıl Arena”da baş tutacaq görüş haqda fikirlərini açıqlayıb. Jorje ötən matçında İsraildə 2:7 hesabı ilə uduzan millimizin doğma meydanda xeyli güclü olduğunu düşünür: “Azərbaycan və İsrail yığmaları tam fərqli komandalardır. Sonuncular daha güclü təsiri bağışlayır. İsrail millisi sürətli futbolçulara malikdir, hücum futbolu oynayır. Onlar Azərbaycan millisini də darmadağın etmişdilər. Özü də böyük qüvvə sərf etmədən bunu bacarmışdılar. Lakin Azərbaycan millisinin həmin məğlubiyyəti bizi arxayınlaşdırmamalıdır. Oyunun Bakıda keçirilməsi vəziyyəti büsbütün dəyişir”.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq Azərbaycan – Portuqaliya matçı saat 16:00-da başlayacaq.

0
0