Millimizin sabiq futbolçusu karyerasını bitirir
05.10.2013 - 16:21
Azərbaycan milli komandasının sabiq futbolçusu Şamil Lahiyalov karyerasını başa vurur. Apasport.az saytının məlumatına görə, son vaxtlar Samaranın “Krılya Sovetov” klubunda çıxış edən milliləşən rusiyalı oyunçumuz karyerasını 34 yaşında bitirir.
Mahaçqalanın “Dinamo”, “Anji”, “Saturn”, “Terek”, Azərbaycanda isə “Şəfa”da oynamış
Lahiyalov son vaxtlar oyunun alınmaması üzündən futboldan gedir: “Samara klubunda oyunum alınmır. Qafqaz klublarından təklif almasam, karyeramı bitirəcəm”.
Qeyd edək ki, Şamil vaxtilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında çıxış edib. O, həmin vaxt qardaşı Rəşidin sənədləri ilə millinin şərəfini qoruyub.

0
0