Yığmanın baş məşqçisi ilə müqavilə uzadılır
05.10.2013 - 16:52
Yığmanın baş məşqçisi ilə müqavilə uzadılır
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello 2018-ci ilədək postunda qalacağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, indiyədək bütün fikrini Braziliyadakı mundiala vəsiqə qazanılmasına köklədiyini iddia edən italiyalı mütəxəssis şimal qonşumuzla müqaviləni uzadacaq.

Belə ki, Kapello vətənində verdiyi müsahibədə bütün fikrini 2018-ci ilədək çalışdıracağı Rusiyaya yönəltdiyini qeyd edib. Anlaşmanın uzadılması indiyədək rəsmən açıqlanmasa da, Rusiyanın idman naziri Vitali Mutko bütün şərtləri razılaşdırılan anlaşmanın hazır olduğunu qeyd edib. Lakin nazir Rusiya Futbol İttifaqını tələsməyə, tərəflərin müqaviləyə nəhayət ki, imzasını qoymağa çağırmışdı. Görünür onun istəyi artıq gerçəkləşir.

Qeyd edək ki, Kapellonun yetirmələri oktyabrın 15-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.