“Rəvan” Vladislav Qədirovu istefaya göndərdi
05.10.2013 - 17:01
Topaz Premyer Liqasında növbəti məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Bakının “Rəvan” klubu mövsümün gedişində baş məşqçi postuna gətirilən Vladislav Qədirovla yollarını ayırıb.
Buna səbəb komandanın göstərdiyi nəticələr səbəb olub. I dövrəni turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb, hamıdan çox – 3 dəfə böyük hesabla uduzan paytaxt təmsilçisi son turda “Xəzər Lənkəran”la heç-heçə etsə də, 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Bu istefa Topaz Premyer Liqasında mövsümün 2-ci belə hadisəsidir. Elə ilk istefa da “Rəvan”da gerçəkləşmişdi. II turdan sonra Ramil Əliyevi vəzifəsindən azad edən bakılılar Qədirovu 3-cü dəfə bu posta təyin etmişdi. Sonuncu isə 7 matçdan (1 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət) sonra vəzifədən kənarlaşdırıldı.
Qeyd edək ki. komandanın yeni baş məşqçisinin kim olacağı hələ dəqiqləşməyib. Bu məsələ milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində həllini tapacaq.

0
0