Nə gündəsən, “Sumqayıt”?
05.10.2013 - 20:40
Topaz Premyer Liqasının 2013/14 mövsümündə ilk avtoqol qeydə alınıb. Apasport.az saytının xəbərinə görə, “Sumqayıt”ın rusiyalı legioneri Adil İbrahimov IX turun “İnter”lə oyununda topu öz qapısından keçirib.
Mövsümün ilk 8 turunda belə hal qeydə alınmamışdı.
I dövrənin son turunda gerçəkləşən avtoqol Sumqayıt təmsilçisi üçün 3-cü belə haldır. 3 mövsümdür Premyer Liqada çıxış edən “gənclik şəhəri” təmsilçisi hər dəfə 1 oyunda buna üzülür. “İnter” isə çempionatlar tarixində 12-ci dəfə rəqib qoluna sevinir.
Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatları tarixində 118-ci dəfə futbolçu öz qapısına qol vurdu.
pfl.az

0
0