Topaz Premyer Liqası: Bu mövsüm belə şey olmamışdı...
05.10.2013 - 20:47
Topaz Premyer Liqası: Bu mövsüm belə şey olmamışdı...
Topaz Premyer Liqasının 2013/14 mövsümündə 100-cü qol vurulub. Apasport.az saytının xəbərinə görə, yubiley topunun müəllifi AZAL-ın oyunçusu Qərib İbrahimov olub.

IX turun “Simurq”la ev oyununda hesabı açan futbolçu cari mövsümün 100-cü qoluna imza atıb.

Belə ki, ilk 8 turda 93 qol vurulduğundan eyni gündə baş tutan I dövrənin son turunda qeydə alınacaq 7-ci top yubiley xarakteri daşımalı idi. Günün 7-ci qol sevincini isə AZAL-ın üzvü yaşayıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.
Başa çatan I dövrədə isə ümumilikdə 105 qol qeydə alınıb. Baş tutan 45 qarşılaşmada orta məhsuldarlıq 2,33-ə bərabər olub.

pfl.az