Branimir Subaşiç qol vurdu, Saşa Yunisoğlu cəzalandı
07.10.2013 - 08:05
Türkiyə çempionatının I liqasındaVIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolçularının çıxış etdiyi klublar da növbəti matçlarına çıxıb.
“Tavşanlı Linyitspor”la “Orduspor”un görüşü milliləşən futbolçularımızın dueli ilə əlamətdar olub. Meydan sahiblərinin heyətində Usim Nduka 90 dəqiqə meydanda olubsa, Andrey Popoviç “18-liy”ə düşməyib. Qonaqların heyətində isə 90 dəqiqə meydanda olan Branimir Subaşiç oyunun qəhrəmanı olub. Serbiyalı hücumçumuz 29-cu dəqiqədə qol vurmaqla matçın taleyini həll edib – 1:0.
Fərid Quliyevin formasını geydiyi “Kahramanmaraşspor”la Davud Kəriminin “Fəthiyəspor”u da öz meydanlarında eyni – 0:1 hesabı ilə uduzub. Fərid “Manisaspor”la qarşılaşmada “18-liy”ə düşməyibsə, Davud “Mersin İdman Yurdu” ilə görüşü ehtiyatda keçirib.
Öz meydanında “Adanaspor”la qolsuz heç-heçə edən “Dənizlispor” isə hər 2 təmsilçimizə start heyətində yer verib. 90 dəqiqə meydanda olan Saşa Yunisoğlu qarşılaşmadaı sarı vərəqə ilə cəzalanıb. Arif İsayev isə 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, təmsilçilərimizin komandalarından ən yaxşı nəticəyə “Orduspor” malikdir. 7 oyundan 16 xalı olan Subaşiçin komandası 4-cü pillədə qərarlaşıb. Digər 4 “komandamız” isə son sıralarda yer alıb: “Tavşanlı Linyitspor” 16-cı, “Denizlispor” 17-ci, “Fəthiyəspor” 18-ci, “Kahramanmaraşspor”sa 19-cudur.

0
0