Rüfət Dadaşov yığmaya qolla qayıtdı
07.10.2013 - 09:51
Rüfət Dadaşov yığmaya qolla qayıtdı
Almaniya Regionalliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in U-23 komandası öz meydanında “Ulm 1846” ilə qarşılaşıb.

Görüş “qırmızı iblislər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sevindirici haldır ki, millimizin Şimali İrlandiya ilə oyunu öncəsi “Kayzerslautern”in qələbəsində Rüfət Dadaşov yaxından iştirak edib. O, meydana 79-cu dəqiqədə Yan-Lukas Dorovun yerinə daxil olub. Rüfət 1 dəqiqə sonra topa ilk toxunuşundaca hesabı açıb. 85-ci dəqiqədə isə portuqaliyalı Riki Pinheyru görüşdə son nöqtəni qoyub – 2:0.

Qeyd edək ki, Rüfət Dadaşov oktyabrın 11-də baş tutacaq Şimali İrlandiya ilə oyunun hazırlıqlarına dünəndən qoşulub.