Millimiz 2 açıq məşq keçirəcək
07.10.2013 - 10:34
Milli komandamız oktyabrın 11-də Şimali İrlandiya və 15-də isə Rusiya ilə oyunlar üçün Bakıda hazırlıqlara başlayıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, seçmə mərhələ görüşləri öncəsi yığmanın mətbuat nümayəndələri və azarkeşlər üçün 2 açıq məşqi olacaq.
Hər 2 açıq məşq sabah keçiriləcək. İlk belə məşq saat 11:00-da olacaq. Bu, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. İkinci açıq məşq isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək. Bu, saat 16:15-ə planlaşdırılıb.
Qeyd edək ki, hər iki məşqdən əvvəl jurnalistlərə futbolçulardan müsahibə almaq üçün şərait yaradılacaq.

0
0