Cihan Özkara 12 dəqiqə oynadı
07.10.2013 - 11:45
Cihan Özkara 12 dəqiqə oynadı
Millimizin hücumçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Sivasspor” öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşə Cihan 78-ci dəqiqədə qoşulub. O, Burhan Eşəri əvəzləyib.

Qeyd edək ki, Cihan Özkara bugündən millinin Şimali İrlandiya və Rusiya ilə oyununun hazırlıqlarına qoşulacaq.