Hansı şirkət PFL-ə “atıb”?
07.10.2013 - 12:10
Hansı şirkət PFL-ə “atıb”?
“Bu il də ölkə kubokunun sponsoru olmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

2010/11 mövsümündə “NBC Bank” Azərbaycan kubokunun titul sponsoru olsa da, əməkdaşlıq müqaviləyə uyğun olaraq, bir il sürdü.

PFL-in yeni sponsor axtarışı isə hələlik bəhrə vermir.

Musayev bir şirkətlə danışıq apardıqlarını, lakin nəticə əldə olunmadığını bildirib: “Son iki mövsümdə olduğu kimi, növbəti kuboku da sponsorsuz keçirəcəyik. Bir xarici şirkət vardı, söz vermişdilər. Danışıq aparmaq üçün təyin olunan əsas görüşə də getdik. Ancaq təəssüf ki, görüşə gəlmədilər”.

Qeyd edək ki, Azərbaycan kuboku son iki mövsümdə sponsorsuz keçirilib.