“Rəvan”a işləməyə gedən məşqçi ağılsızdı”
07.10.2013 - 13:11
Milli komandamızın sabiq məşqçisi Elxan Abdullayevin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın I dövrəsi arxada qaldı. Komandalar potensiallarına uyğun çıxış edə bildilərmi?
- I dövrə gərgin keçdi. “Qarabağ”ın 1-ci yerdə olması sürpriz deyil. Çünki bu komanda yaxşı oyun göstərir, çempionluğa layiqdir. Məncə, “Qarabağ” turnir cədvəlində öz yerini tutub. “Neftçi” stabil oynamır, xallarını çətinliklə qazanır. Bu kluba yeni futbolçular qoşulduğundan, onlara bir qədər vaxt lazımdır. 3-cü pillədə olan “Qəbələ” bəlkə də ən potensiallı komandadır. Çünki ehtiyat qüvvəsi çox güclüdür. Orda 1-2 əsas heyət üzvü olmayanda belə, hiss olunmur. Ona görə ki, həmin futbolçuları əvəzləyənlər də eyni səviyyədədir. “Qarabağ” kimi, “Qəbələ”də də ehtiyat qüvvə baxımından problem yoxdur. AZAL pis oyun göstərmir. Ancaq onların ehtiyat skamyası zəngin deyil. “İnter” çox zəif çıxış edir. Özüm də neçə il “İnter”də işləsəm də, belə zəif komanda görməmişəm.
- Özü də nəzərə almaq lazımdır ki, “İnter” ən çox legioner transfer edən komandalarımızdandır...
- Onlar elə legioner alıb ki, həmin oyunçular “Rəvan”, “Simurq” kimi klubların aldığı əcnəbi futbolçulardan seçilmir. Halbuki, “İnter”in büdcəsi yüksəkdir, nəinki adını çəkdiyim klubların. Bu komanda lazımi transferlər edə bilməməklə yanaşı, təcrübəli futbolçularının başqa klublara getməsinə mane ola bilməyib. Ona görə də “İnter” hazırda çətinlik çəkir.
- “Qəbələ” və “Qarabağ”ın ehtiyat qüvvəsinin zəngin olduğunu vurğuladınız. “Qırmızı-qaralar”ın “Neftçi”yə Qəbələdə uduzması sizin üçün də təəccüblü oldu?
- Deməzdim ki, bizim çempionatda komandalar bir-birindən aşkar şəkildə güclüdür. Mən onların stabilliyindən danışmaq istəyirəm. Məsələn, götürək “Xəzər Lənkəran”ı. Bu komanda oynayanda deyə bilmərəm ki, kimisə 100 faiz məğlub edəcək. “Xəzər Lənkəran” doğrudan da zəif çıxış edir. “İnter”ə dediyim sözlər bu komandaya da şamildir. Transferlər üçün kifayət qədər pul buraxılsa da, komanda çempionluğa layiq oynamır. Bu futbolçularla heç nə etmək olmaz. Ancaq vaxt var. Qış transferi zamanı ən çox heyətini gücləndirməli olan komandalar “İnter”lə “Xəzər Lənkəran”dır. 7-8-ci yerlər onlara yaraşmır. “Rəvan”la “Sumqayıt”a gəlincə, bu, hal təbiidir. 9-10-cu yerlər onlara uyğundur. Sona kimi də bu 2 komanda həmin sıralarda olacaq. “Rəvan”ı ümumiyyətlə ciddi komanda kimi qəbul etmirəm. Bu klub rəhbərliyi yenə sübut etdi ki, qeyri-peşəkardır. İldə 5-6 məşqçi dəyişilməsini başa düşmürəm. Hansısa məşqçi gəlir, heç-heçə edən kimi onu çıxarırlar. Bu komandanın gələcəyi yoxdur! Məncə, “Rəvan”, sadəcə oynamaq üçün yaradılıb.
- Yeri gəlmişkən, “Rəvan” yerli məşqçilərlə danışıq aparır. Sizə bu klubdan dəvət gəlmişdi?
- Mənə elə dəvət gəlsə də, heç vaxt bu komandaya getmərəm. Fikrimcə, “Rəvan”a işləməyə gedən məşqçi ağılsızdır. Həmin adam oturub təhlil etməlidir ki, hara gedir və orda kimlə işləyəcək. Ağıllı adam özünü fikirləşirsə, məncə, ora getməz.
- Şahin Diniyevin bu komandanın “sükanı arxası”na keçəcəyi deyilir. Onun “Rəvan”ın təklifini qəbul edəcəyinə inanırsınızmı?
- Bu, Şahin müəllimin işidir. Ona qarışa bilmərəm. Ancaq hamı onları izləyir də. Kemal Alispahiç 3-cü dəfə qayıda bilər. Qeyri-ciddi komandadır da. Türk məşqçini (Cevat Güləri nəzərdə tutur – S.T.) gətirir, 1 aydan sonra onu çıxarır. İndi də Vladislav Qədirovu çıxardılar.
- Özü də Qədirovun nəticələri pis deyildi...
- Komanda pis oynamayıb. “Qarabağ” və “Xəzər Lənkəran”la heç-heçəyə görə onu çıxarırlarsa, bu kluba dair mənfi fikirlər formalaşır. Gah deyirlər, çempionatı tərk edirik... Sanki, çempionluğa oynayırlar. İlk sıralarda olsalar, yenə onların bərabərliyə görə məşqçini qovmalarını anlamaq mümkündür. 1 aya yeni gələn məşqçi orda nəsə edə bilməz. Ona mütləq vaxt verilməlidir. Bu klub da yeni məşqçiyə heç bir zaman vaxt vermir.
- Maraqlıdır ki, klub rəhbərliyi açıqlamasında bildirir ki, biz Vladislav Qədirovdan ilk “4-lük”də olmağı gözləyirdik. Bu, heyət buna qadirdimi?
- Onlar özlərini aldadır. İştaha yaxşı şeydir. Ancaq bunun üçün güzgüyə baxmaq lazımdır ki, görək sən buna qadirsənmi? Belə heyətlə “Rəvan” elə öz yerini tutub.
Səbuhi TOFİQOĞLU

0
0