Elxan Abdullayev: ...elə son pillədə də qalacağıq
07.10.2013 - 13:26
“Biz Şimali İrlandiyada heç-heçə etmişiksə, bu komandanı evdə məğlub edə bilərik” Bunu apasport.az saytına milli komandanın sabiq məşqçisi Elxan Abdullayev deyib.
Berti Foqtsun dönəmində milli komandanın köməkçi məşqçilərindən olan Abdullayev yığmanın qarşıdan gələn seçmə oyunlarına dair fikirlərini bildirib. O, Şimali İrlandiya ilə oktyabrın 11-də, Rusiya ilə isə həmin ayın 15-də baş tutacaq qarşılaşmalar öncəsi nikbin deyil.
Abdullayev adalıların Bakıya 3 xal dalınca gəldiyini bildirib: “Ordakı matçda irlandiyalılar portuqaliyalılardan çox bizim qapımız önündə təhlükəli vəziyyət yaratmışdı. Sadəcə, onların potensialı yekun nöqtəni qoymağa mane olurdu. Şimali İrlandiya Rusiya kimi yığmanı yenə bilirsə, deməli, bura da 3 xal dalınca gəlib. Ona görə də çox ciddi hazırlaşmaq lazımdır. Biz bu oyunda qalib gəlməsək, elə sonuncu pillədə də qalacağıq. Bu isə seçmə mərhələdə yığmamızın iflası demək olacaq. Əsas bu matçdır”.
O, seçmə mərhələnin sonuncu görüşü ilə bağlı isə bunu söyləyib: “Rusiya bizdən qat-qat güclü komandadır. İnanmıram ki, onlardan xal alaq. Çünki onların özlərinə də xal mütləq şəkildə lazımdır. Şimali İrlandiya ilə oyunda göstərəcəyimiz nəticə ruslarla görüşə öz təsirini göstərəcək”.
Səbuhi TOFİQOĞLU

0
0