“Qəbələ”nin qapıçısı: Bu oyunun nəticəsi ədalətsiz idi - FOTO
07.10.2013 - 14:09
“Azərbaycanda olduğum vaxt “Setubal”ın bütün oyunlarını kompüterdə izləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun qapıçısı Dieqo Kosta deyib.
Braziliyalı futbolçu milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək Portuqaliyaya yollanıb.
Ölkəmizə gəlməzdən əvvəl “Setubal”da çıxış edən qolkiper sabiq komandasının “Sportinq”lə çempionat oyunu (0:4) zamanı tribunalarda olub. Kosta portuqaliyalı həmkarlarımızın diqqətindən yayınmayıb və matç haqda danışmalı olub: “Çalışıram klubla bağlı heç nəyi buraxmayım. Amma matçı stadiondan izləmək tam fərqlidir. Həyat yoldaşımla Portuqaliyada olmağımızdan istifadə edib komandanın matçına yollandıq. “Sportinq”lə qarşılaşmanın nəticəsi tam ədalətsiz idi. Hətta deyərdim ki, hesab şişirdilmişdi. Düzdür, “Sportinq” bu il çox güclüdür. Onlar çempionluq uğrunda “Benfika” və “Porto” ilə mübarizə aparacaq səviyyədədir. “Setubal”da isə Ruben Vezonun parlaq gələcəyi var. Mən onu çox sevirəm. Müdafiəçi Portuqaliya futbolunun əsas mərkəz oyunçularından olacaq”.

0
0