“Xəzər Lənkəran” və “Qarabağ” nümunəsi
07.10.2013 - 15:03
Topaz Premyer Liqasının I dövrəsində hakimlər 16-sı qırmızı olmaqla, 245 vərəqə göstərib. Apasport.az saytının məlumatına görə, çempionatın ən intizamsız komandası “Sumqayıt”dır.
Autsayder rekord sayda – 4 qırmızı vərəqə ilə cəzalanıb. 2 dəfə qırmızı ilə cəzalanan “Rəvan”ın hesabında isə ümumilikdə 31 vərəqə var.
Premyer Liqanın ən nümunəvi komandaları isə “Xəzər Lənkəran”la “Qarabağ”dır. Yalnız bu 2 klub hələlik qırmızı vərəqə görməyib. Onlar həm də ən az – hərəyə 15 sarı vərəqə alıb.
Ayrı-ayrı futbolçulara gəlincə, 2 dəfə meydandan qovulan futbolçu olmayıb. 16 qırmızı vərəqəni müxtəlif futbolçular alıb. “Qırmızı”ya düşənlərdən Miloş Adamoviç (Rəvan) daha 3 sarı alıb. Bruno Bertuççi (Neftçi) və Amit Quluzadədə (Qəbələ) isə bu rəqəm 2-yə bərabərdir. Onların hər üçü qırmızını 2-ci sarıya görə alıb.
Meydandan qovulmayanların öz rekordçuları bar. Aleksandr Şemonayev (AZAL) və Erik Ramos (Neftçi) 9 turda 5 dəfə xəbərdarlıq alıb. Bu cütlükdən başqa daha 5 futbolçu 4-cü sarı almaqla, 1 oyunluq cəzaya layiq görülüb. Bunlar Baçana Sxadadze və Brüs Abdullaye (hər ikisi “İnter”), Lorenzo Ebesilio (Qəbələ), Ruslan Poladov (Simurq), Slavik Alxasovdur (Sumqayıt).

klub | Vərəqə | qırmızı |
Rəvan | 31 | 2 |
AZAL | 30 | 1 |
İnter | 29 | 1 |
Sumqayıt | 29 | 4 |
Neftçi | 28 | 2 |
Simurq | 27 | 2 |
Bakı | 21 | 2 |
Qəbələ | 20 | 2 |
Qarabağ | 15 | 0 |
Xəzər Lənkəran | 15 | 0 |
245 | 16 |

0
0