Millimiz ilk rəsmi oyununa çıxır
07.10.2013 - 15:24
Futbol üzrə 15 yaşadək qızlardan ibarət yığmamız oktyabrın 14-dən 16-dək İsveçrənin Nyon şəhərində rəsmi oyunlar keçirəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu qarşılaşmalar 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Yeniyetmələr arasında Olimpiya Oyunlarına seçmə xarakter daşıyacaq.
Seçmə mərhələdə Avropa zonasından 4 ölkə mübarizə aparacaq və yalnız mini-turnirin qalibi Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Bu komandalar UEFA tərəfindən “Fair-Play” reytinqinə görə əsasən seçilib. Bu, 3 ay öncə yaradılmış U-15 qızlar yığmamızın ilk rəsmi oyunları olacaq.
14 oktyabr
1/2 final
15:00 AZƏRBAYCAN - İsrail
18:00 Slovakiya – Rumıniya
16 oktyabr
15:00 3-cü yer uğrunda oyun
18:00 Final
Qeyd edək ki, U-15 bu ay qonşu Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. Millimizin Bursada tarixə düşən ilk beynəlxalq qarşılaşmalarında 1 məğlubiyyət (2:4) və 1 qələbə (2:1) qeydə alınıb.

0
0