“Azərbaycan millisi o qədər də yüksək səviyyəli rəqib deyil”
07.10.2013 - 16:09
“Azərbaycan millisi o qədər də yüksək səviyyəli rəqib deyil”
“Millinin düşərgəsinə mübariz əhval-ruhiyyədə gəlmişəm. Həmişə yığmaya çağırılmağıma şad oluram”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin futbolçusu Aleksandr Kokorin deyib.

Moskva “Dinamo”sunun hücumçusu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son 2 matçı dəyərləndirib: “Sübut edəcəm ki, məşqçi mənə hədər yerə etibar göstərmir. Mən klubdakı işlərimdən tam qopum, bütün diqqətimi milliyə yönəltməyi öyrənmişəm. Qarşıdakı oyunlarda üz-üzə gələcəyimiz Lüksemburq və Azərbaycan milliləri o qədər yüksək səviyyəli deyil. Lakin əminəm ki, hətta birincilərlə görüş belə bizim üçün asan olmayacaq. Hər halda bu rəqiblər son dövrlər çox artırıblar. Bizim üçün vacib olanı 2 matçda 6 xal qazanmaqdır. Tablodakı hesabın isə heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçı oktyabrın 15-də olacaq.