“Qarabağ”ın müdafiəçiləri İsveçrə ilə oyuna çağırıldı
07.10.2013 - 17:21
“Qarabağ”ın müdafiəçiləri İsveçrə ilə oyuna çağırıldı
Albaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni de Biasi dünya çempionatının seçmə mərhələ oyunları üçün “Qarabağ”ın müdafiəçiləri Ansi Aqolli və Admir Teliyə də dəvət göndərib.

Onlar meydana çıxacaqları halda oktyabrın 11-də Tiranada İsveçrə yığmasına, oktyabrın 15-də isə Nikosiyada Kipr millisinə qarşı oynaya bilər.

Qeyd edək ki, “Qəbələ”nin müdafiəçisi Deyan Kelhar da İsveçrə millisi ilə görüşə çağırılıb. Sloveniya millisi məhz albanlarla oyundan sonra, oktyabrın 15-də Berndə bu millinin qonağı olacaq.