Şahin Diniyevin keçirəcəyi mətbuat konfransının vaxtı bəlli oldu
07.10.2013 - 17:37
"Rəvan”ın yeni baş məşqçisi Şahin Diniyevin keçirəcəyi mətbuat konfransının vaxtı və məkanı bəlli olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandamızın sabiq baş məşqçisi media nümayəndələrini maraqlandıran sualları oktyabrın 10-da cavablandıracaq.
Tədbir "Bayıl Arena”nın mətbuat konfransı zalında baş tutacaq. Konfrans saat 12:00-da başlayacaq.
Qeyd edək ki, Şahin Diniyev bu gün rəsmən “Rəvan”ın baş məşqçisi təyin olunub. O, “sarı-qırmızılılar”la 2,5 illik müqavilə bağlayıb.

0
0