“Xəzər Lənkəran” “Simurq”la oyunun hazırlıqlarına başladı
07.10.2013 - 17:42
“Xəzər Lənkəran” “Simurq”la oyunun hazırlıqlarına başladı
Topaz Premyer Liqasının son turunda “Rəvan”la görüş sonrası 2 günlük istirahətə buraxılan “Xəzər Lənkəran” hazırlığını bərpa edib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün axşam saatlarında Lənkərandakı bazasında məşqə çıxaraq çalışmalarına start verib.

Milli komandamızın qarşıdakı dünya çempionatının seçmə oyunları ilə əlaqədar “Xəzər Lənkəran”ın da bir neçə futbolçusu millinin düşərgəsindədir ki, bu səbəbdən Rahid Əmirquliyev, Rasim Ramaldanov, o cümlədən U-21-in düşərgəsində olan Orxan Sadıqlı və Ağabala Ramazanov, həmçinin U-19 tərkibində ölkə xaricində olan Kamran Abdullazadə məşqlərə qatılmayıb. 1 saat davam edən məşqdə futbolçular əsasən bərpa məşqini keçirib və daha sonra taktiki çalışmaları yerinə yetirib.

Qeyd edək ki, “Xəzər Lənkəran” oktyabrın 19-da “Simurq”un qonağı olacaq.