Rəşad Sadiqov: Dördüncü pilləyə yüksəlmək istəyirik
07.10.2013 - 23:01
Rəşad Sadiqov: Dördüncü pilləyə yüksəlmək istəyirik
“Şimali İrlandiyanı məğlub edib, dördüncü pilləyə yüksəlmək istəyirik”. Bu sözləri apasport.az saytına Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sonra isə Rusiya ilə qarşılaşacaq millimiz hazırlığa başlayıb.

3 gündür təlim-məşq toplanışına yığışan komandamız məşqlərini paytaxtda həyata keçirir. Qarşıdakı oyunlar haqda danışan Sadiqov seçmə mərhələni dördüncü pillədə başa vurmaq üçün əllərindən gələni edəcəklərini deyib: “Əlbəttə, qələbə qazanmağa çalışacağıq. Şimali İrlandiya ilə oyunda bunu reallaşdırmaq üçün gücümüz yetər. Həm də bu oyunda qələbə qazanmaqla, Rusiya ilə oyuna da yaxşı əhval ruhiyyədə çıxmağı düşünürük. Qrup lideri olmasına baxmayaraq, Rusiya millisindən doğma meydanımızda keçirəcəyimiz oyunda xal almaq üçün əlimizdən gələni edəcəyik”.